Yuxarı

Azad Rəhimov: "Dopinq məsələsinə görə 4 lisenziyanı itirməmişik"

Nazir Azərbaycan ağırlıqqaldırma yığmasının olimpiadaya buraxılmayacaqlarını inkar edib

Bakı. 25 dekabr. REPORT.AZ/"2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına ağırlıqqaldırma üzrə 4 lisenziya idmançlara yox, komandaya verilib. Dopinq məsələsinə görə biz lisenziyaları itirməmişik". "Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. 

Nazir bildirib ki, hazırda Azərbaycanın 6 ağırlıqqaldıranının dopinq-testdən keçə bilməməsi ilə bağlı araşdırma aparılır: "Biz həmişə qeyd etmişik ki, nazirlik dopinqə qarşı yoxlamalar aparır. İlk dəfə bizdə Antidopinq Komitəsi yaradılıb. İstər "Bakı 2015" I Avropa Oyunları, istərsə də digər yarışlarda idmançılar testdən keçirilir. Biz də tələb edirik ki, gəlib bizdə testdən keçsinlər".

Dopinq-testdən keçə bilməyən idmançıların cəzalandırılmasına gəlincə, A.Rəhimov bildirib ki, buna Azərbaycan Ağır Atletika Federasiyası cavabdehdir: "Fakt təsdiqini tapsa, inanıram ki, burada günahkar kimdirsə - həkim, məşqçi və ya digəri cəzalanacaq".

Qeyd edək ki, ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında Azərbaycanın 6 ağırlıqqaldıranı - Silviya Angelova (48 kq), Valentin Xristov (62 kq), Firudin Quliyev (69 kq), Elxan Əliquluzadə (77 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylinin (105 kq) orqanizmindən istifadəsi qadağan olumnmuş dərman preparatı tapılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi