Avarçəkmə üzrə Almaniya yığma komandasının məşqçisi Rioda ağır yol qəzasına düşüb

Avarçəkmə üzrə Almaniya yığma komandasının məşqçisi Rioda ağır yol qəzasına düşüb Ştefan Hentse taksidə olarkən baş verən yol qəzasında başından ciddi zədə alıb
Fərdi
13 Avqust , 2016 14:50
Avarçəkmə üzrə Almaniya yığma komandasının məşqçisi Rioda ağır yol qəzasına düşüb

Bakı. 13 avqust. REPORT.AZ/ Almaniyanın kanoeçilərdən ibarət yığma komandasının məşqçisi Ştefan Hentse Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeiroda qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hazırda məşqçinin durumu ağırdır.

Ş.Hentse taksidə olarkən baş verən yol qəzasında başından ciddi zədə alıb. Hadisədən sonra məşqçi xəstəxanaya çatıdırılıb, amma məlum olub ki, orada nevroloji şöbə yoxdur. Nəticədə alman məşqçini 20 km məsafədə yerləşən başqa bir hospitala aparıblar.

Xatırladaq ki, Ş.Hentse ilə eyni taksidə avarçəkmə komandasının daha bir əməkdaşı - Kristian Kedinq də olub. O, yüngül zədələr alıb və indi xəstəxanadan evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi