Yuxarı

​Amerikalı üzgüçü Olimpiya Oyunlarında 19-cu qızıl medalını qazanıb

Maykl Felps öz rekordunu yeniləyib

Bakı. 8 avqust. REPORT.AZ/ ABŞ-ın üzgüçülük üzrə milli komandası Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında sərbəst üsulla 4x100 m. məsafəyə estafet yarışında birinci yeri tutub.

"Report" xəbər verir ki, Maykl Felps, Kaleb Dressel, Rayan Held və Natan Adriandan ibarət amerikalı dördlük məsafəni 3:09.92 saniyəyə qət edib.

İkinci yeri Fransa (Mehdi Metella, Fabyen Jilo, Floran Manodu, Jeremi Stravyu) - 3:10.53, üçüncü yeri isə Avstraliya (Ceyms Roberts, Kayl Çalmers, Ceyms Maqnussen, Kameron Makevoy) - 3:11.37 saniyəlik nəticə ilə tutub.

Felps olimpiadalarda qazandığı qızıl medalların sayına görə öz şəxsi rekordunu yeniləyib. Rio-2016-nın qızıl medalı onun üçün karyerasında 19-cu olub. Onun hesabında ümumilikdə 23 olimpiya medalı (19 qızıl, 2 gümüş, 2 bürünc) var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi