Yuxarı

​Amerikalı üzgüçü Maykl Felps iyirmi qat olimpiya çempionu olub

O, ABŞ-dan 20 qat olimpiya çempionu adını qazanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Amerikalı üzgüçü Maykl Felps Braziliyanın Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında batterflay üzrə qızıl medal qazanıb.

"Report" xəbər verir ki, o, 1 dəqiqə 53, 36 saniyəyə qalib gələrək birinci yerə çıxıb.

İkinci yeri Yaponiya nümayəndəsi Masato Sakai tutub. O, bu məsafəni 1 dəqiqə 53,40 saniyəyə qət edib.

Bürünc medalın sahibi macarıstanlı Tamaş Kendereşidir - 1 dəqiqə 53,62 saniyə.

Beləliklə, Maykl Felps ABŞ-dan 20 qat olimpiya çempionu olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi