​Almaniyanın avarçəkmə yığmasının məşqçisi Rio-de-Janeyroda qəzaya düşərək ölüb

​Almaniyanın avarçəkmə yığmasının məşqçisi Rio-de-Janeyroda qəzaya düşərək ölüb Ştefan Hentse qəza zamanı taksidə olub və ağır kəllə-beyin travması alıb
Fərdi
15 Avqust , 2016 23:43
​Almaniyanın avarçəkmə yığmasının məşqçisi Rio-de-Janeyroda qəzaya düşərək ölüb

Bakı. 15 avqust. REPORT.AZ/ Almaniyanın kanoeçilərdən ibarət yığma komandasının məşqçisi Ştefan Hentse Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyroda qəzaya düşərək ölüb.

"Report" xəbər verir ki, bu barədə Almaniya Olimpiya İttifaqına istinadən "Focus" jurnalı məlumat yayıb.

Hadisə, o, taksidə olan zaman baş verib və məşqçi başından ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb

Xatırladaq ki, Ş.Hentse ilə eyni taksidə avarçəkmə komandasının daha bir əməkdaşı - Kristian Kedinq də olub. O, yüngül zədələr alıb və ixəstəxanadan evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi