Yuxarı

AİBA "Rio-2016"dan bir neçə hakimi uzaqlaşdırıb

Olimpiada zamanı səhvlərə yol vermiş hakimlərin adı açıqlanmır

Bakı. 17 avqust. REPORT.AZ/ Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) 2016-cı il Rio-de-Janeyro XXXI Yay Olimpiya Oyunlarından bir neçə hakimin uzaqlaşdırılmasına dair qərar qəbul edib. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə assosiasiya rəsmi məlumat yayıb. 

Qərar müvafiq komissiya tərəfindən hakimlərin fəaliyyəti yoxlanıldıqdan sonra verilib. Olimpiada zamanı səhvlərə yol vermiş hakimlərin adı açıqlanmır. 

AIBA həmçinin qeyri obyektiv qərarlar çıxarmış hakimlərin fəaliyyətində korrupsiya halının olması ehtimalına dair ittihamları rədd edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi