​Ağır Atletika Federasiyası İdman Arbitraj Məhkəməsinə müraciət etmək niyyətindədir

​Ağır Atletika Federasiyası İdman Arbitraj Məhkəməsinə müraciət etmək niyyətindədir Federasiya bununla bağlı beynəlxalq hüquq şirkətlərinə müraciət etməyi düşünür
Fərdi
4 İyul , 2016 16:21
​Ağır Atletika Federasiyası İdman Arbitraj Məhkəməsinə müraciət etmək niyyətindədir

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycan Ağır Atletika Federasiyası İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindədir. 

Federasiyadan "Report"a verilən məlumata görə, buna səbəb Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) azərbaycanlı idmançıların 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları lisenziyalarından məhrum edilməsi barədə qərarıdır. 

Federasiya bununla bağlı beynəlxalq hüquq şirkətlərinə müraciət etməyi düşünür. 

Qeyd edək ki, bir müddət öncə IWF Azərbaycan ağırlıqqaldıranlarının dopinq testlərinin müsbət nəticələnməsi səbəbindən ölkənin bu idman növü üzrə lisenziyalarını ləğv edib.

Son xəbərlər

Orphus sistemi