Yuxarı
    Bağlamaq

    "Zirə" UEFA Avropa Liqasında qələbə ilə debüt edib - FOTOREPORTAJ

    Qəsəbə təmsilçisi Lüksemburqun Differdanj klubunu məğlub edib© Foto: Report.az

    Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan klubları üçün futbol üzrə 2017/2018 avrokubok mövsümünə start verilib.

    "Report" xəbər verir ki, ilk matç Mərdəkandakı "Dalğa Arena"da baş tutub.

    Avrokuboklarda debüt edən “Zirə” Bakıda Lüksemburqun “Differdanj” komandası ilə qarşılaşıb.

    Oyun ərzində üstün futbol sərgiləyən Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibini 2:0 hesabı ilə üstələyib. Qəsəbə təmsilçisinin heyətində qanalı hücumçu Riçard Qadze və haitili forvard Kervens Belfort fərqləniblər.

    Bu kollektivlər arasında cavab oyunu iyulun 6-da Lüksemburqda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

    Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyun

    29 iyun

    21:00. “Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq) 2:0

    Qol: Riçard Qadze, 22. Kervens Belfort, 80

    Baş hakim: Daniyar Saxi

    Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov.

    Dördüncü hakim: Marat İskakov (hakimlər briqadası Qazaxıstandandır)

    UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə)

    Hakim-inspektor: İqor Satki (Moldova)

    Bakı. “Dalğa Arena”

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi