Yuxarı
    Bağlamaq

    "Yol hərəkəti əlifbasını necə bilirik?" mövzusunda tədbir keçirilib - VİDEO

    Bayram münasibəti ilə havaya işıqforun rənglərinə uyğun şarlar buraxılıb

    Bakı. 1 iyul. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və "Buta" körpələr evi-uşaq bağçasının təşkilatçılığı ilə 2 iyul-Polis işçilərinin peşə bayramı ilə bağlı "Yol hərəkəti əlifbasını necə bilirik?" mövzusunda tədbir keçirilib. 

    "Report" xəbər verir ki, tədbirin keçirilməsində məqsəd yol hərəkət qaydaları və yol nişanlarını təbliğ etməklə baş verən nəqliyyat hadisələrinin sayının azalmasına nail olmaq və uşlaqların vasitəsilə sürücüləri qaydalara əməl etməyə, sürət həddini aşmamağa çağırmaq olub. 

    Tədbirdə uşaqlar müxtəlif səhnəciklər göstərib, Azərbaycan, rus və ingilis dillərində şeirlər səsləndirib, yol hərəkəti nişanlarına və polis işçilərinə həsr olunan rəqslər edib, mahnılar oxumaqla yol hərəkətinə aid biliklərini nümayiş etdiriblər.

    Bundan başqa tədbirdə uşaqlara DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına aid suallar verilib. Fərqlənən uşaqlara hədiyyələr təqdim olunub.

    Sonda bayram münasibəti ilə havaya işıqforun rənglərinə uyğun şarlar buraxılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi