Yuxarı
    Bağlamaq

    ​Bakı Yeni ili qarşılayır - FOTOREPORTAJ

    31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunur

    Bakı. 31 dekabr. REPORT.AZ/ Bu gün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunur. Bununla əlaqədar Bakı şəhərinin bütün küçə, park və yolları işıq və digər effektlərlə bəzədilib.

    Bulvarın yeni hissəsində, o cümlədən Qız Qalası, Azneft meydanı ərazisində də şam ağacları bəzədilib. Bildirək ki, hər il olduğu kimi, bu il də paytaxtın ən hündür şam ağacı Azadlıq meydanında ucaldılıb. Ağacın hündürlüyü 37 metrdir.

    Bulvarın ən iri şam ağacı isə Kukla Teatrının yaxınlığındadır. Ümumilikdə, parkda 10 şam ağacı bəzədilib. Şam ağaclarından danışarkən, Qız Qalasının fonunda xüsusi kreativ bəzənmiş şam ağacını qeyd etmək yerinə düşər.

    Həmçinin, bayramla əlaqədar şəhərin mərkəzi küçələrində Yeni il yarmarkaları təşkil edilib. Axşam saatlarında həmin yarmarkalara gələnlər, həm də canlı musiqi dinləyə bilər.

    Qeyd edək ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Beləliklə, hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.

    "Report" Bakı şəhərinin küçələrindən hazırlanmış bayram fotoreportajını oxuculara təqdim edir:

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi