Yanğın baş verən ərazidən - FOTOREPORTAJ - ƏLAVƏ OLUNUB

Yanğın baş verən ərazidən - FOTOREPORTAJ - ƏLAVƏ OLUNUB Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmaları davam etdirir
Multimedia
791
2 Mart , 2018 14:40
Yanğın baş verən ərazidən - FOTOREPORTAJ - ƏLAVƏ OLUNUB
Report/ Firi Salim

Hadisə yerindən yeni fotolar əlavə olunub


*** saat 11:53

Bakı. 2 mart. REPORT.AZ/ Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmaları davam etdirir.

"Report"un əməkdaşlarının hadisə yerindən hazırladığı fotoreportajı təqdim edirik.

Qeyd edək ki, hadisə yerinə Prezident İlham Əliyev baş çəkib.

Xatırladaq ki, Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirlikləri Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. Rəsmi məlumata əsasən, 2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.Yanğın nəticəsində 34 nəfər xilas edilib, 3 nəfər Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib, 25 nəfərin isə meyiti aşkar edilib. Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. 

Son xəbərlər

Orphus sistemi