Yuxarı

Xocalı balaca rəssamların gözü ilə - FOTOREPORTAJ

Xətai İncəsənət Mərkəzində keçirilən tədbirdə 30-dan çox kiçik yaşlı rəssam iştirak edib

Bakı. 24 fevral. REPORT.AZ/ Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə Xətai İncəsənət Mərkəzində balaca rəssamların əl işlərindən ibarət sərgi açılıb.

"Report" xəbər verir ki, sərgidə Xətai İncəsənət Mərkəzinin rəsm dərnəklərində fəaliyyət göstərən rəssamların rəsm əsərləri nümayiş edilib.

30-dan çox kiçik yaşlı rəssamın iştirak etdiyi rəsm sərgisində Xocalı soyqırımını anladan rəsmlər, portretlər sərgilənib.

Sərginin açılışından sonra sərgi iştirakçıları və qonaqlar "Ana harayı" abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi