​Xəzərin sahilində Azərbaycan üçün xarakterik olmayan heyvanlar peyda olub - FOTO

​Xəzərin sahilində Azərbaycan üçün xarakterik olmayan heyvanlar peyda olub - FOTO Bu heyvanlar Tulyaremiya və Paratif törədicilərinin təbii daşıyıcılarıdır
Multimedia
3 Dekabr , 2015 17:11
​Xəzərin sahilində Azərbaycan üçün xarakterik olmayan heyvanlar peyda olub - FOTO

Bakı. 3 dekabr. REPORT.AZ/ Xəzər dənizinin sahilində Azərbaycan üçün xarakterik olmayan heyvanlar peyda olub. "Report"un məlumatına görə, bu gəmiricilərə Xaçmaz rayonunun Qaraqurdu kəndində rast gəlinib.

Kənd sakini Cavid Məmmədovun şəxsi təsərrüfatına ziyan verən bu gəmiriciləri görəndən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə müraciət edib.

5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin baş yegeri Qurban Hüseynov "Report"a bildirib ki, bu heyvanlar nutriyadır: "Nutriyaların Azərbaycan ərazilərinə gəlməsinin səbəbi Xəzərdə suyun azalması və suda qida çatışmazlığı ilə bağlıdır. Bu heyvanların əti insan orqanizmi üçün xeyirlidir. Dərisinin qiyməti isə 250-500 manat arasında dəyişir". 

Baş yeger deyib ki, bu heyvanlar Tulyaremiya və Paratif törədicilərinin təbii daşıyıcılarıdır: "Şimali Amerikada su hövzələrinin və bataqlıqların sahilində yaşayır. Avropaya bir neçə dəfə gətirilib və bütün Avrasiyaya, hətta Subarktikaya da yayılıb. Çay subasarları vasitəsilə Kiçik və Ön Asiyaya, Monqolustana, Çinə və Koreyaya qədər gedib çıxıb. Yuva qazır, yaxud yediyi su bitkilərinin qalıqlarından, gövdə, budaq, yarpaq və köklərindən daxmacıq düzəldir. İldə 1-dən 3-4 dəfəyədək balalayır. Mühüm ov obyektidir".

Son xəbərlər

Orphus sistemi