“WhatsApp Pink” şəxsi məlumatlarınızı oğurlaya bilər - VİDEO

“WhatsApp Pink” şəxsi məlumatlarınızı oğurlaya bilər - VİDEO “WhatsApp Pink” tətbiqi istifadəçinin şəxsi məlumatlarını - ad-soyad, əlaqə nömrəsi, yazışmaları və göndərdiyi şəkilləri əldə edir
Multimedia
28 Aprel , 2021 16:07
“WhatsApp Pink” şəxsi məlumatlarınızı oğurlaya bilər - VİDEO

Diqqətli olun, bugünlərdə vatsapın WhatsApp Pink” adlı yeni bir versiyası ortaya çıxıb və populyarlıq qazanmağa başlayıb. Mütəxəssislər bu tətbiqin zərərli olduğunu bildirir. Belə ki, bu tətbiq əvvəlcə qeydiyyat məlumatlarınızı soruşur və bundan sonra şəxsi məlumatlarınızı oğurlayır.

Texnobloger Fərid Pərdəşünasın sözlərinə görə, bu tətbiq vasitəsilə insanlar müxtəlif şəxsləri izləyə və gizli profillərə baxa bilər. Əvəzində isə “WhatsApp Pink” tətbiqi istifadəçinin şəxsi məlumatlarını - ad-soyad, əlaqə nömrəsi, yazışmaları və göndərdiyi şəkilləri əldə edir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında da bildirilib ki, "WhatsApp Pink” tam zərərli bir tətbiqdir.

Qeyd edək ki, Azərbaycan üzrə internet istifadəçilərinin sayı ötən ilə nisbətən, 202 min nəfər, yəni 2,5% artıb və göstəricilərin də 92,2%-i vatsap istifadəçiləridir.

Son xəbərlər

Orphus sistemi