Vəfalı dostların axtardığı "təhlükəli sürprizlər” - VİDEOREPORTAJ 

Vəfalı dostların axtardığı "təhlükəli sürprizlər” - VİDEOREPORTAJ  Qarabağda minatəmizləmə əməliyyatları davam etdirilir
Multimedia
1316
9 May , 2021 12:55
Vəfalı dostların axtardığı təhlükəli sürprizlər” - VİDEOREPORTAJ 

Azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları davam etdirilir.

“Report”un xəbərinə görə, 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimiz erməni “sürprizlər”i ilə doludur.

Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən azad olunan torpaqlarımız minalardan təmizlənir.

Mayın 8-də ANAMA-nın təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Füzuli rayonunda səfərdə olub. Səfər çərçivəsində KİV nümayəndələri ərazilərdə aparılan təmizlik işləri ilə yaxından tanış olub, minaların aşkarlanaraq zərərsizləşdirilməsini canlı izləyiblər.

ANAMA-nın 1 saylı təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Füzulidə asfalt yolun bərpası həyata keçirilir və yoldakı minalar təmizlənir.

Onun sözlərinə görə, hazırda ərazidə olan 13 km ən təhlükəli ərazi olaraq qiymətləndirilir və artıq 8 km-i minalardan təmizlənib.

ANAMA-da mövcud olan 38 itdən 20-si minaaxtaran it kimi fəaliyyət göstərir. Vəfalı dostlar da öz sahibləri ilə birgə mina axtarır, işlərin sürətlənməsində, ərazilərin tez bir zamanda təmizlənməsində Agentlik əməkdaşlarına yardımçı olurlar.

Ümumilikdə Füzulidəki təmizlənmə işləri 3 üsulla - əl, itlər və mexaniki üsulla həyata keçirilir.

Jurnalistlər Füzulinin Merdinli kəndi ərazisində də olub. Burada ANAMA əməkdaşları asfalt yolun genişləndirilməsi üçün ərazilərdəki minaları təmizləyir. Minalar mexaniki üsulla aşkarlanaraq zərərsizləşdirilir.

Səfərin sonunda rayonun Qaraxanbəyli kəndi ərazisində aşkarlanan tank əleyhinə minalar partlayış üsulu ilə zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi