Vaqif Mustafazadə - 75 - FOTOSESSİYA

Vaqif Mustafazadə - 75 - FOTOSESSİYA "Report" "Vaqifsayağı" Caz Festivalın və Vaqif Mustafazadənin İçərişəhərdəki ev muzeyindən fotoreportajını təqdim edir
Multimedia
16 Mart , 2015 20:37
Vaqif Mustafazadə - 75 - FOTOSESSİYA

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün bəstəkar, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin ad günüdür. 1940-cı ildə Bakıda, İçərişəhərdə anadan olan Vaqif Mustafazadə 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olan  Vaqif Mustafazadə Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Məhz Vaqif Mustafazadənin 75 illik yubileyi münasibətlə martın 16-da İçərişəhərdə "Vaqifsayağı" Caz Festivalının açılışı olub. 

"Report" həmin festivaldan və Vaqif Mustafazadənin İçərişəhərdəki ev muzeyindən fotoreportajını təqdim edir. 

Son xəbərlər

Orphus sistemi