Yuxarı

Unudulan sənət: qalayçılıq - VİDEO

Gərək bu işin çətinliyini də görəsən ki, asan yola gedib çıxasan

Bakı. 2 fevral. REPORT.AZ/ Qalayçılıq - mis qabların pas atmaması üçün qalaylanmasıdır. Qalayçı peşəsinin sahibləri paxırlanmış (paslanmış) mis qabları kürədə qızdırdıqdan sonra naşatır tozu - ammonium-xloridlə sürtüb üstündən qalay çəkirlər. Vaxtilə qalayçılıq Dağıstanda, həmçinin Azərbaycanın Bakı, Quba, Şəki, Gəncə, Naxçıvan, Şamaxı kimi şəhər və rayonlarında, o cümlədən Lahıc qəsəbəsində də geniş yayılıb. İndinin özündə də Azərbaycanın bəzi şəhər və rayonlarının qalayçı emalatxanaları var.

Son zamanlar qalayçılıq sənətinə o qədər önəm verilməməsinə baxmayaraq, müasir dövrdə də bu sənətə təlabat var. Çünki demək olar hamının evində təmirə aparılacaq qab-qacaq mütləq var. Əslində qalayçılıq təlabatlı sənətdir, amma bu peşənin sənətkarları azalır.

Bakının daha çox “Kubinka” kimi tanınan ərazisində 13 ilə yaxındır qalayçılıq sənəti ilə məşğul olan Vəli Mikayılov “Report”a deyib ki, bu sənət nəsildən-nəsilə keçir: “Mən də hazırda dayımla birgə işləyirəm. Dayılarım, babam, ulu babalarım da bu işlə məşğul olub. Elə adamlar var ki, bir gün işləyir, üç gün işləmir, deyir, ağır sənətdir. Yəni gərək bu işin çətinliyini də görəsən ki, asan yola gedib çıxasan”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi