Yuxarı

Turistlərə yerli, yoxsa xarici musiqi və mətbəximizi təqdim etməliyik? - VİDEOSORĞU

Turistlərə yerli, yoxsa xarici musiqi və mətbəximizi təqdim etməliyik? - VİDEOSORĞU
Turistlərə yerli yoxsa xarici müsiqi və mətbəximizi təqdim etməliyik?

Son illər Azərbaycana gələn turistlərin sayı artıb. Onların arasında müxtəlif ölkələrin, o cümlədən, ərəb dövlətlərinin vətəndaşları da var. Elə buna görə də əcnəbi turistlərin çoxluğu nəzərə alınaraq Bakıdakı iaşə obyektlərində turist müştərilərin diqqətini cəlb etmək üçün onların aid olduqları ölkələrə məxsus musiqi nömrələri səsləndirilir. Həmçinin həmin kafe və restoranlarda Azərbaycanın milli mətbəxi ilə yanaşı, xarici ölkələrin mətbəxinə önəm verilir. 

"Report"un çəkilişi qrupu paytaxtda sorğu keçirən zaman iaşə obyektlərində menyuların ərəb, rus və ingilis dillərində hazırlandığının və müştəri dəvətlərinin ərəb dilində səsləndirilməsinin şahidi olublar. 

Bu da ölkəyə xeyli sayda ərəb turistin gəldiyini təsdiqləyir. Bu il isə Bakı küçələrində daha bir ölkənin məhsulu - Türkiyənin Kahramanmaraş vilayətindən gətirilən məşhur maraş dondurmalarının satışına başlanılıb. Satıcılar isə uca səslə məhsullarına alıcı axtarırlar. 

Bəs turistlər bunu necə qiymətləndirir? Onlar daha çox yerli musiqi dinləyib, Azərbaycanın milli adət-ənənələri ilə tanış olmaq istərdilərmi? 

Video: Sultana Əhmədbəyli


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi