Misir aeroportlarında təyyarə qaçırılmasıyla əlaqədar təhlükəsizlik gücləndirilib - FOTOREPORTAJ

Misir aeroportlarında təyyarə qaçırılmasıyla əlaqədar təhlükəsizlik gücləndirilib - FOTOREPORTAJ Azərbaycandan olan jurnalist qrupu "EgyptAir" aviaşirkətiylə Qahirədən Şarm əş-Şeyxə uçub
Multimedia
30 Mart , 2016 14:01
Misir aeroportlarında təyyarə qaçırılmasıyla əlaqədar təhlükəsizlik gücləndirilib - FOTOREPORTAJ

Şarm əş-Şeyx. 30 mart. REPORT.AZ/ "EgyptAir" aviaşirkətinə məxsus A320 sərnişin təyyarəsinin qaçırılması ilə əlaqədar olaraq, Misir aeroportlarında və bilavasitə təyyarələrdə əlavə təhlükəsizlik tədbirləri həyata keçirilib.

"Report"un Misirdə olan müxbirinin verdiyi məlumata görə, təyyarə qaçırılması ilə bağlı məlumatlar bu ölkədə olan azərbaycanlı jurnalistlərdə də müəyyən qorxu yaratmışdı. Belə ki, qələm əhli məhz "EgyptAir" aviaşirkətinin təyyarəsi ilə Qahirədən Şarm əş-Şeyxə uçmalı idi.

Şəhərdə təhlükəsizlik tədbirlərinin artırılmasına, daha dəqiq desək, polis patrullarının sayının artırılmasına, hotellərin qorunmasına baxmayaraq, Misirin terrorizmlə mübarizə aparmaq və ölkədə təhlüksəizliyi tam təmin etməsi üçün hələ çox çalışmalı olduğu görünür. Xüsusən də əgər Misir Sinay yarımadasında üzrəində Rusiya təyyarəsinin vurulmasından sonra özünün təhlükəsiz turistik ölkə imicini qaytarmaq istəyirsə.

Qahirə hava limanında da təhlükəsizlik tədbiri artırılıb. Məsələn, təyyarənin göyərtəsinə hətta kiçik su butulkasını keçirməyə belə icazə vermədilər. Hərçənd Misirə gələn zaman aeroportlarda bu cür ciddi yoxlanış müşahidə olunmurdu. Daxili uçuş həyata keçirilməsinə baxmayaraq, hava limanının rəhbərliyi sərnişinlərin tamamilə qorunduğunu hiss etdirmək üçün belə addımlar atmışdı.

Bununla belə, uçuş uğurla həyata keçirildi, təyyarənin pəncərəsindən görünən peyzaj bütün narahatlığı unutmağa yardım etdi.

Son xəbərlər

Orphus sistemi