Bakının təmirə dayanmış yolları - FOTOREPORTAJ

Bakının təmirə dayanmış yolları - FOTOREPORTAJ Təmir işləri Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC tərəfindən aparılır
Multimedia
24 Mart , 2015 14:13
Bakının təmirə dayanmış yolları - FOTOREPORTAJ

Bakı. 24 mart. REPORT.AZ/ Novruz bayramı günlərində paytaxtın bir sıra əsas yolları təmir üçün nəqliyyatın gedişi üçün məhdudlaşdırılıb.

“Report” xəbər verir ki, iş günləri ilə müqayisədə bayram günlərində nəqliyyat vasitələrinin sayının azlığı nəzərə alınaraq, həyata keçirilən işlərlə yanaşı, digər ərazilərdə nəzərdə tutulan işlər davam etdiriləcək.

Təmir Bakıxanov küçəsi, Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsi, Dərnəgül şossesi, Yusif Səfərov küçəsində aparılır.

Qeyd edək ki, təmir işləri Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC tərəfindən aparılır və martın 29-da yekunlaşacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi