"TEKNOFEST Azərbaycan"ın ilk günündən görüntülər

"TEKNOFEST Azərbaycan"ın ilk günündən görüntülər Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlayıb.
Multimedia
26 May , 2022 18:20
TEKNOFEST Azərbaycanın ilk günündən görüntülər

Bu gün Bakıda başlayan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının ilk günü maraqlı aviaşoularla yadda qalıb.

“Report” xəbər verir ki, aviaşoular izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan və Türkiyə rəsmiləri festivalın rəsmi açılışını ediblər və sonra ərazidə olan pavilyonlara baxış keçiriblər.

“Report”un fotoqrafının festivaldan hazırladığı fotoreportajı təqdim edirik.

Qeyd edək ki, “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunub.

Foto: Ehtiram Cəbiyev

Son xəbərlər

Orphus sistemi