"Təcili Tibbi Yardım maşını bura gəlib çıxa bilmir"

"Təcili Tibbi Yardım maşını bura gəlib çıxa bilmir" Bakı şəhəri, Suraxanı rayonu, Hövsan südçülük sovxozu adlanan ərazidə yaşayan sakinlər tərəfindən yollarının bərbad vəziyyətdə olması ilə bağlı “Report”a şikayət daxil olub.
Multimedia
1619
15 Dekabr , 2020 17:37
Təcili Tibbi Yardım maşını bura gəlib çıxa bilmir

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan südçülük sovxozu adlanan ərazidə yaşayan sakinlər tərəfindən yollarının bərbad vəziyyətdə olması ilə bağlı “Report”a şikayət daxil olub.

Sakinlər “sağa gedən yol” kimi tanınan bu keçilməz yoldan şikayətçidirlər. Nəzərə alsaq ki, qış fəslini yaşayırıq, hələ önümüzdə qarlı, yağışlı günlər var, o zaman bu sakinlərin, bu yolun halını düşünmək belə istəmir insan. Hətta onların sözlərinə görə, təcili tibbi yardım maşını da gəlib bu əraziyə çıxa bilmir.

Bəs görəsən, aidiyyəti qurumlar məsələdən xəbərdardılarmı?

“Report” sözügedən süjeti təqdim edir:

Son xəbərlər

Orphus sistemi