Tbilisidə sakuranın çiçəkləməsi: ömrün faniliyi və ümid simvolu - FOTOREPORTAJ

Tbilisidə sakuranın çiçəkləməsi: ömrün faniliyi və ümid simvolu - FOTOREPORTAJ Gürcüstanın paytaxtı Tbilisinin Botanika Bağı son 2 gündə həmişəkindən daha çox ziyarətçi qəbul edib
Multimedia
534
19 Aprel , 2021 16:46
Tbilisidə sakuranın çiçəkləməsi: ömrün faniliyi və ümid simvolu - FOTOREPORTAJ

Gürcüstanın paytaxtı Tbilisinin Botanika Bağı son 2 gündə həmişəkindən daha çox ziyarətçi qəbul edib. Şəhər sakinləri və qonaqları nəbatət bağına cəlb edən Yaponiyanın milli simvolu olan sakura ağaclarının çiçəkləməsi olub.

“Report”un Gürcüstan bürosunun müxbiri də yapon guşəsində bir neçə gün çəkən təbiət möcüzəsini seyr edib.

Zərif və incə sakura çiçəyi gözəlliyin əbədi olmaması, ömrün faniliyi və həyatın ötəriliyi ilə yanaşı təbiətin oyanışı, yeni həyatın başlanğıcı və ümidi də simvolizə edir.

Gələcəyə ümid və inama daha çox ehtiyacın duyulduğu pandemiya dövründə yapon bağına ziyarətçi axını heç də təəccüblü görünmür. Sakuranın çiçəkləməsinə baxıb zövq alanlar bağdan koronavirusun da ötəriliyinə böyük ümidlə ayrılırdılar.

Ziyarətçilərin gündoğan ölkənin mədəniyyətinə aid maraqlı faktlarla yaxından tanış olmaq, bonsay ağaclarından ibarət ekspozisiyaya və rəsm əsərlərinə tamaşa etmək imkanı da olub.

Son xəbərlər

Orphus sistemi