Tbilisi zooparkının sevimli və nəcib sakinləri - Azərbaycanın hədiyyəsi - VİDEOREPORTAJ

Tbilisi zooparkının sevimli və nəcib sakinləri - Azərbaycanın hədiyyəsi - VİDEOREPORTAJ Tbilisi zooloji parkı Gürcüstan paytaxtının Qəhrəmanlar Meydanı yaxınlığında, Vera çayının vadisində yerləşir. 94 yaşlı zooparkın tarixində ən faciəvi hadisə 2015-ci ilin iyunun 13-dən 14-nə keçən gecə baş vermiş güclü sel olub. 21 nəfərin həlak olduğu tə
Multimedia
1397
9 İyun , 2021 13:25
Tbilisi zooparkının sevimli və nəcib sakinləri - Azərbaycanın hədiyyəsi - VİDEOREPORTAJ

Tbilisi zooloji parkı Gürcüstan paytaxtının Qəhrəmanlar Meydanı yaxınlığında, Vera çayının vadisində yerləşir. 94 yaşlı zooparkın tarixində ən faciəvi hadisə 2015-ci ilin iyunun 13-dən 14-nə keçən gecə baş vermiş güclü sel olub. 21 nəfərin həlak olduğu təbii fəlakət nəticəsində parkın bir hissəsi tam dağılıb, orada saxlanılan 600 heyvanın, təxminən, yarısı məhv olub.

Həmin ilin iyunun 30-da Tbilisi zooparkında ilk bala doğulub. Dişi maral balasını Bakı zooparkının hədiyyə etdiyi Qafqaz nəcib maralı dünyaya gətirib. Ona Pirra adı qoyulub və bu, təsadüfi olmayıb. Belə ki, yunan mifologiyasına əsasən, Zevsin göndərdiyi seldən sonra yalnız Devkalion və Pirra xilas ola biliblər. Məhz onlar yeni irqin əsasını qoyanlar olublar. Tbilisi heyvanat parkında maral Kvikva və Azərbaycandan aparılan maralın balası olan Pirranı yeni zooparkın ilk nişanı adlandırırlar.

Faciənin 6-cı ildönümü ərəfəsində “Report”un Gürcüstan bürosunun əməkdaşları Tbilisi zooloji parkına baş çəkiblər və reportaj hazırlayıblar.

Azərbaycandan aparılan maral ailəsi ilə birlikdə hazırda Tbilisinin Varketeli rayonunda 48 hektar ərazidə yaradılmaqda olan yeni zooparkda saxlanılır. Parkın direktoru Zurab Qurielidze burada heyvanlar üçün tam fərqli şəraitin yaradıldlğını bildirib: “Yeni zooparkın ən əsas və mühüm cəhəti ondan ibarətdir ki, konservativ funskiyası olacaq. Burada itmək təhlükəsində olan heyvan növlərinin qorunub saxlanılması və bərpası həyata keçiriləcək. Bu növlər ilk olaraq zoopark şəraitində saxlanılacaq, daha sonra vəhşi təbiətə buraxılacaq”.

Zurab Qurielidze
Zurab Qurielidze

Direktor Bakı zooparkının Tbilisi zooloji parkına maral hədiyyə etməsi barədə ətraflı danışıb: “Qafqaz regionunda marallar itmək təhlükəsi ilə üz-üzədir. Məqsədlərimizdən biri Qafqaz nəcib maral növünün bərpasıdır. Bu səbəbdən biz onları bütün dünya üzrə axtarırıq. Xoşbəxtlikdən Bakı zooparkında Qafqaz maralı var idi və o, bizə güclü seldən öncə hədiyyə olunmuşdu. Azərbaycandan gətirilən maralın artıq 5 balası var. İlk bala – Pirra da artıq böyüyüb və bu il ilk dəfə bala verib”.

Z.Qurielidzenin sözlərinə görə, hazırda Bakı zooparkı ilə əlavə maralların əldə olunması ilə bağlı danışıqlar aparılır: “Tezliklə zooparkımıza daha bir neçə maralın əlavə olunacağı gözlənilir. Biz isə öz növbəmizdə Bakı zooparkına zebralar göndərə bilərik və bununla da bağlı danışıqlar gedir. Zooparklar arasında heyvanlarla mübadilə mütləq deyil. İtməkdə olan növlərin qorunması və bərpası məsələsində əgər bir zoopark digərinə kömək edə bilirsə, bu, ilkin şərtlərsiz baş verir”.

Zoopark rəhbəri Azərbaycanın hədiyyə etdiyi maralın saxlanıldığı mühitə tez adaptasiya olunduğunu, qulluğu ilə bağlı çətinliklərin olmadığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi