Bakıda gənclərin üzgüçülük idmanına marağının artmasına töhfə verən Su İdmanı Sarayı - VİDEOREPORTAJ

Bakıda gənclərin üzgüçülük idmanına marağının artmasına töhfə verən Su İdmanı Sarayı - VİDEOREPORTAJ Su İdmanı Sarayında media nümayəndələri üçün kompleks üzrə tur təşkil edilib. Kompleksin ərazisində yerləşən hovuzlar, fitnes zalı, spa mərkəzi və burada fəaliyyət göstərən uşaq idman kursları barədə jurnalistlərə geniş məlumat verilib.
Multimedia
11 Aprel , 2022 22:36
Bakıda gənclərin üzgüçülük idmanına marağının artmasına töhfə verən Su İdmanı Sarayı - VİDEOREPORTAJ

Su İdmanı Sarayında mətbuat nümayəndələri üçün mediatur təşkil edilib. Tədbir zamanı kompleksin ərazisində yerləşən hovuzlar, fitnes zalı, spa mərkəzi və burada fəaliyyət göstərən uşaq idman kursları barədə jurnalistlərə geniş məlumat verilib.

"Report"un məlumatına görə, Su İdmanı Sarayının mətbuat katibi və ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin rəhbəri Elnarə Əliyeva jurnalistlərə açıqlamasında 7 ildir fəaliyyət göstərən kompleksdə üzgüçülüklə yanaşı, digər idman növlərinin də təqdim olunduğunu bildirib:

"Burada yaşından asılı olmayaraq, istər xanımlar, istərsə də kişilər xidmətlərdən yararlana bilərlər. Kompleksdə, həmçinin, bədii gimnastika, rəqslər, futbol, çimərlik və s. idman növləri fəaliyyət göstərir. Burada hazırlaşan məşqçilər həm yerli, həm də beynəlxalq yarışlarda ölkəmizi təmsil edirlər”.

Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov Su İdmanı Sarayında ötən gün iki yarış keçirildiyini söyləyib:

"Bu turnirlərdə 400-ə yaxın şəxs iştirak edib. Birinci turnir qapalı yarış idi ki, buna 205 nəfər qatılmışdı. Onlar 50 metr məsafəyə sərbəst üsulla üzdülər. Məşqçilər heyəti gələcəkdə daha yaxşı nəticə göstərə biləcək idmançıları seçdilər. Onlarla böyük səpkidə işlər aparılacaq. İkinci yarışa Bakı və Sumqayıtdakı klubların təmsilçilərini dəvət etdik. 2008-ci il təvəllüdlü və daha kiçik yaş qrupları arasında 400 metr məsafəyə qarışıq üsulla üzmədən başqa, digər bütün olimpiya məsafələrində yarışlar baş tutdu".

Kompleksin direktoru Elçin Həsənovun sözlərinə görə, burada 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, 2019-cu ildə Avropa Gənclər Olimpiya Festivalının yarışları keçirilib. O, artıq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb:

"Dəfələrlə üzgüçülük, bədii gimnastika, bədii üzgüçülük üzrə həm yerli, həm də beynəlxalq yarışları təşkil etmişik. Çimərlik voleybolu üzrə Avropa Çempionatı da məhz Su İdmanı Sarayında keçirilib. Bu gün kompleks ölkəmizin idman fəaliyyətində yaxından iştirak edir".

Qeyd edək ki, Su İdmanı Sarayı 2015-cil ildə I Avropa Oyunları zamanı tikilib. Kompleksin açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib, burada olan şəraitlə yaxından tanış olublar. Gənclər arasında üzgüçülük idman növünə marağın artması üçün normativlərə cavab verən idmançılara Su İdmanı Sarayı tərəfindən təqaüd verilir.

Son xəbərlər

Orphus sistemi