SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 10 illiyini qeyd edir - VİDEO

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 10 illiyini qeyd edir - VİDEO 2011-ci il 30 iyun tarixində yaradılan idarə bir təlim mərkəzi ilə fəaliyyətə başlayıb, hazırda bir sıra mərkəzləri mövcuddur
Multimedia
30 İyun , 2021 15:26
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 10 illiyini qeyd edir - VİDEO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yaranmasından 10 il ötür.

“Report” İdarənin 10 illik fəaliyyəti ilə bağlı ətraflı İdarənin rəisi Fuad Süleymanovla videomüsahibə edib.

F.Süleymanov bildirib ki, 2011-ci il 30 iyun tarixində yaradılan idarə bir təlim mərkəzi ilə fəaliyyətə başlayıb.

Onun sözlərinə görə, hazırda Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin bir sıra mərkəzləri mövcuddur: “İdarə 10 illik fəaliyyət çərçivəsində bir çox iri layihələrdə, o cümlədən “Şahdəniz-2” və “Qarabağ” yatağının işlənilməsi layihələrində də iştirak edib”.

F. Süleymanov qeyd edib ki, İdarə pandemiya dövründə də Operativ Qərərgahın verdiyi qərarlara uyğun olaraq fəaliyyətini davam etdirib. O, pandemiya dövründə təşkil edilən onlayn təlimlərin effektiv olduğunu və hazırda da davam edən təlim tədris prosesinin böyük bir hissəsinin distant formada təşkil edildiyini bildirib:

“Qazanılan uğurlarda SOCAR rəhbərliyinin böyük dəstəyi və inamı rol oynayıb. Burada təşkil edilən kurslar beynəlxalq standartların tələblərinə uyğundur. İdarədə təhsil alan iştirakçılar üçün bütün şərait yaradılıb, infrastruktur yenilənib və yeni sinif otaqları qurulub”.

Ətraflı müsahibəni təqdim edirik:

Son xəbərlər

Orphus sistemi