Yuxarı
    Bağlamaq

    Sərxoş sürücülərə qarşı reyddən - VİDEOREPORTAJ

    Qaydalara tabe olmayan Hummer markalı avtomobil idarə edən sürücüyə də rast gəlinib

    Bakı. 27 iyul. REPORT.AZ/ Qaxın İlisu kəndi ərazisində sərxoş sürücülərə qarşı keçirilən reyddə maraqlı hadisələr qeydə alınıb. "Report" reydin videogörüntülərini təqdim edir.

    Qeyd edək ki, reyd zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşənlər, habelə digər qanun pozuntusu edənlər saxlanılıb. Onlar arasında bəziləri polislərin "saxla" əmrinə məhəl qoymayaraq qaçmaqla inzibati cəzalardan yaxa qurtarmağa çalışıblar. Reyd zamanı qaydalara tabe olmayan "Hummer" markalı avtomobil idarə edən sürücüyə də rast gəlinib.

    Ümumilkdə reyd zamanı yol hərəkəti qaydalarını pozan 100-ə yaxın sürücüyə qarşı DYP əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tətbiq edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi