Yuxarı

Şəhidlər Xiyabanına kütləvi ziyarət başlayıb - FOTOLAR

20 Yanvar faciəsindən 25 il ötür

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarından etibarən minlərlə insan Şəhidlər Xiyabanına üz tutaraq, Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edirlər. "Report"un məlumatına görə, müəllimlər, şagird və tələbələr, məktəbəqədər tərbiyə müəssisələrinin uşaqları, tərbiyəçilər, hərbçilər, tibb işçiləri, həmçinin digər sahələrdə çalışan insanlar şəhidlərin məzarına gül dəstələri düzüb, onların ruhuna rəhmət oxuyublar.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş vermiş qanlı hadisələrdən 25 il ötür. 25 il bundan əvvəl Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən Sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi