Yuxarı
    Bağlamaq

    Robot Sofiya “ASAN xidmət” mərkəzində könüllü olub - FOTOREPORTAJ - VİDEO - YENİLƏNİB

    Dinlə
    © Report/ Firi Salim

    Video əlavə olunub


    *** saat 15:05

    Bakı. 23 oktyabr. REPORT.AZ/ Dünyanın tanınmış robotu Sofiya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı “ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərib. “Report” xəbər verir ki, o, mərkəzə müraciət edən vətəndaşlardan rəy sorğularının alınmasında iştirak edib. Məlumat verilib ki, Sofiya robotu dünyada ilk süni intellekt humanoid robotudur. Bu robot 2015-ci ildə Hanson Robotiks şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya və fikir mübadiləsi apara bilər.

    Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirə bilməsidir. Sofiya bu günə qədər dünyada bir çox məşhur simalar, prezidentlər, məşhur aktyorlar və beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşüb, tanınmış televiziya kanallarında xəbər proqramları və teledebatlarda iştirak edib.

    Qeyd edək ki, Sofiya robotu Azərbaycanda ilk dəfə oktyabrın 22-də İmişli rayonunda “ASAN Həyat” kompleksinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub. “ASAN xidmət” modeli ilə tanış olan Sofiya onun rahat, çox müasir və vətəndaşyönümlü olduğunu vurğulayıb. Onun nüfuzundan istifadə edərək keçirəcəyi görüşlərdə, beynəlxalq tədbirlərdə bu modeli təbliğ etməsi ilə bağlı danışıqlar aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi