“Report”un könüllüləri “21 mexanizator qardaşın bacısı” ilə görüşüb - VİDEO

“Report”un könüllüləri “21 mexanizator qardaşın bacısı” ilə görüşüb - VİDEO Bərdə. 8 mart. REPORT.AZ/ Bərdə rayonunun ilk qadın mexanizatoru Radə Məmmədova bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.
Multimedia
8 Mart , 2019 16:03
“Report”un könüllüləri “21 mexanizator qardaşın bacısı” ilə görüşüb - VİDEO
Report

Bərdə. 8 mart. REPORT.AZ/ Bərdə rayonunun ilk qadın mexanizatoru Radə Məmmədova bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

“Report” İnformasiya Agentliyinin könüllüləri Bərdə rayonunda öz zəhməti ilə tanınan və mexanizator peşəsi ilə məşğul olan Radə Məmmədova ilə görüşüblər. Ömrünün 40 ildən çoxunu tarlalarda keçirən, 60 yaşlı R.Məmmədova kənd təsərrüfatına aid bütün texnikaları idarə edə bilir. o, bir qadın üçün nə qədər çətin olsa da, idarə etdiyi ağır texnikanın öhdəsindən rahatlıqla gəlir.

R.Məmmədova yeniyetmə yaşlarından bu peşəyə maraq göstərdiyini və gənc yaşlarından ağır texnikanın bütün sirlərinə yiyələndiyini deyir.

Nəinki Bərdədə, bütövlükdə ölkədə "21 mexanizator qardaşın bir bacısı" kimi tanınan Radə xanım zəhmətsevərliyinə görə vaxtı ilə kolxozda hamının hörmətini qazanıb. Bu illər ərzində qabaqcıl mexanizator kimi "Əmək şöhrəti" ordeni, "Əmək qələbəsi" medalı, "Beşilliyin qalibi", "Qızıl əllər" döş nişanlarına layiq görülüb. Sevinc Qazıyeva adına, Özbəkistanda Tursunoy Axunova adına, Moskvada Paşa Angelina adına mükafatların qalibi olub. Əmək nailiyyətlərinə görə "Volqa" markalı avtomobillə mükafatlandırılıb. Rayon sovetinin deputatı olub.

Son xəbərlər

Orphus sistemi