Yuxarı
    Bağlamaq

    Qubada ayı balası tapılıb - FOTO - VİDEOREPORTAJ

    Ayı balası müayinə və müalicə olunduqdan sonra vəhşi təbiətin qoynuna buraxılacaq© Report.az

    Bakı. 15 may. REPORT.AZ/ Quba rayonunda polis əməkdaşları tərəfindən bu ay iki ayı balası tapılıb.

    "Report"un Şimal bürosunun verdiyi məlumata görə, ayı balasının biri may ayının 3-də, digəri isə bu gün Quba-Xınalıq yolunun Qırızdəhnə kənd ərazisində, yol kənarındakı meşə massivində tapılıb.

    Ayı balaları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xızıdakı Altıağac Milli Parkında yerləşən Vəhşi Təbiətin Bərpası və Reabilitasıyası Klinikasına göndərilib. Bu ayı balası da müayinə və müalicə olunduqdan sonra vəhşi təbiətin qoynuna buraxılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi