Qəbələdə baş verən meşə yanğınları yeni ərazilərə keçib - FOTO - YENİLƏNİB

Qəbələdə baş verən meşə yanğınları yeni ərazilərə keçib - FOTO - YENİLƏNİB Yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən çətinləşib
Multimedia
3 Sentyabr , 2017 17:27
Qəbələdə baş verən meşə yanğınları yeni ərazilərə keçib - FOTO - YENİLƏNİB
Foto: Report.az

Foto əlavə olunub


***14:18

Bakı. 3 sentyabr. REPORT.AZ/ Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Bum meşəbəyliyinin Abrıx kəndi ətrafındakı meşə sahəsində başlayan yanğın çəkilmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək nəticəsində həmin meşəbəyliyin Dandık, Sulquca kəndləri istiqamətinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Report"a verilən məlumata görə, alovun qarşısını almaq üçün hadisə yerinə ETSN və Fövqəladə Hallar Nazirliklərinin əlavə qüvvələri və texnikası cəlb olunub.

Yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.

Qeyd edək ki, yanğının söndürülməsi üçün ETSN və FHN-in 500-dən artıq əməkdaşı mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edirlər.

Son xəbərlər

Orphus sistemi