Qaxda "Snow Tubing Park" turizm mərkəzi istifadəyə verilib

Qaxda "Snow Tubing Park" turizm mərkəzi istifadəyə verilib Mərkəz rayonun İlisu kəndində fəaliyyət göstərir
Multimedia
25 Dekabr , 2016 15:16
Qaxda Snow Tubing Park turizm mərkəzi istifadəyə verilib

Qax. 25 dekbar. REPORT.AZ/ Qax rayonunda "Snow Tubing Park" turizm mərkəzi istifadəyə verilib.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, mərkəz rayonun İlisu kəndində tarixi "Sumu Qala" abidəsinin ətrafında 4 hektardan çox ərazidə salınıb.

Parkın ərazisində 5 sürüşmə zolağı var. Zolaqların 3-ü böyüklər, 2-si isə uşaqlar üçün nəzərdə tutulub. Ən uzun məsafə 150 metr, ən qısa məsafə isə 72 metrdir.

"Snow Tubing" qış aylarında əyləncə, adrenalin sevənlər üçün ən ideal idman-əyləncə növüdür. "Snow Tubing"lərdən ilk dəfə 1820-ci ildə Alp dağlarında istifadə olunub. Daha sonralar "Snow Tubing" ildən-ilə Amerikada məşhurlaşıb.

Son xəbərlər

Orphus sistemi