Yuxarı
    Bağlamaq

    Qaxda buz qatına görə bağlanan yollarda avtomobillərin hərəkəti bərpa olunub - FOTOREPORTAJ

    Yollara duz-qum qarışığı səpilib

    Qax. 16 dekabr. REPORT.AZ / Qax rayonunda dağ kəndlərinə gedən yollar buzdan təmizlənir.

    "Report"un Şimal-qərb bürosunun məlumatına görə, səhər saatlarından etibarən Qax-İlisu-Sarıbaş, Qax-Şəki, Qax-Qaşqaçay-Armudlu, Qax-Ləkit-Ləkit-Kötüklü, Qax-Qorağan-Zaqatala yollarında hərəkət məhdudlaşıb. Yolların  qalın buz qatından təmizlənməsi üçün "Azəravtoyol" ASC tərəfindən yollara duz-qum qarışığı səpilib. Hazırda adıçəkilən yollarda avtomobillərin hərəkəti tam təmin olunub.

    Qurumdan "Report"a verilən məlumata görə, "Azəravtoyol" ASC  balansında olan 242 kilometrlik  avtomobil yollarına 2 gün ərzində 250 kubmetr qum, 40 tona yaxın duz səpilib. Ümumi olaraq 100 tona yaxın duz ehtiyatı var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi