Yuxarı
    Bağlamaq

    Qatar relsləri üzərindəki “zibillik” - FOTOREPORTAJ

    Bir çoxu gecə ilə tikilən evlər qatar relslərinin düz yaxınlığında yerləşir

    Bakı. 23 noyabr. REPORT.AZ/ Bakının Keşlə qəsəbəsində “Şanxay” adlandırılan ərazidə zibil tullantılarını qatar yoluna və ya qatara atmaq demək olar ki, adət halını alıb.

    Ərazidə yaşayan sakinlər “Report”a bildirib ki, rayonun Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) qəsəbənin iki yerində zibil qutuları qoyub. Lakin buna baxmayaraq, yolun uzaqlığını bəhanə gətirən qəsəbə sakinlərinin bəziləri zibil tullantılarını qapısının yaxınlığında yerləşən qatar relslərinə və ya hərəkətdə olan qatarlara atırlar.

    Qeyd edək ki, "Şanxay" kimi tanınan ərazi ötən əsrin 40-50-ci illərində salınmağa başlayıb. Bir çoxu gecə ilə tikilən evlər qatar relslərinin düz yaxınlığında yerləşir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi