"Qarabağ" - "Viktoriya": məğlubiyyətdən acı heç-heçə - FOTOREPORTAJ

"Qarabağ" - "Viktoriya": məğlubiyyətdən acı heç-heçə - FOTOREPORTAJ Ağdam klubu ÇL-də mübarizəni dayandırıb
Multimedia
2 Avqust , 2016 23:32
Qarabağ - Viktoriya: məğlubiyyətdən acı heç-heçə - FOTOREPORTAJ

Bakı. 2 avqust. REPORT.AZ/ Ağdamın "Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırıb.

"Report" xəbər verir ki, Bakıda keçirilən oyunda rəqib Çexiyanın "Viktoriya" klubu olub.

Hər kəsin "Qarabağ"ın 1:0 irəlidəykən mərhələ adlayacağını düşündüyü halda, son dəqiqələrdə buraxılan qol bütün ümidləri heç edib. Oyunda qalib müəyyənləşməsə də, bu heç-heçə məğlubiyyətdən də acı təsir bağışlayıb və mərhələ adlayan klub "Viktoriya" olub.

Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab qarşılaşması

"Qarabağ" (Ağdam, Azərbaycan) – "Viktoriya" (Plzen, Çexiya)

Qollar: Muarem Muarem, 28 (1:0), Michael Krmencik, 85 (1:1)

Son xəbərlər

Orphus sistemi