Qarabağ qazisi: "Qulaqlarım partlayıb, burnum, gözüm zədələnib" - VİDEO

Qarabağ qazisi: "Qulaqlarım partlayıb, burnum, gözüm zədələnib" - VİDEO Qazi Elnur Səmədov mart ayında gözündən əməliyyat keçirdiyini bildirib
Multimedia
18 Mart , 2021 15:54
Qarabağ qazisi: Qulaqlarım partlayıb, burnum, gözüm zədələnib - VİDEO

44 günlük Vətən Müharibəsi dövründə ağır yaralanan qazi Elnur Səmədovun hazırkı durumu normaldır.

O, “Report”a müsahibəsində mart ayında gözündən əməliyyat keçirdiyini bildirib:

“Döyüş vaxtı raket mənim qabağımda partladı. Qulaqlarım partlayıb, burnum, gözüm zədələnib. Hər iki qolum və ayağımda zədə olub. Mərdəkanda xəstəxanada yatanda YAŞAT fondundan olan qazı qardaşlarımız baş çəkirdilər. Həkimlər də gələndə Zərifə Əliyeva adına mərkəzdə müayinədən keçdim. Növbəti gün gözdən əməliyyat olundum. Su və çirk axma olmalıdır deyirlər, İnşallah, onlar da keçib gedəcək”.

44 günlük Vətən Müharibəsi iştirakçısı, qazi Elnur Eldar oğlu Səmədov 1990-cı il oktyabr ayının 30-da Qaradağ rayonu, Ələt qəsəbəsində anadan olub. İlk təhsilini də Ələt qəsəbəsində yerləşən Əhməd Zeynallı adına 302 saylı orta məktəbdə alıb. 9 ildən sonra təhsilini başa vuran Elnur 2008-ci ildə Beyləqana hərbi xidmətə yollanıb. 2010-cu ilin aprelində doğulduğu Ələt qəsəbəsinə qayıdaraq bir müddət sürücü vəzifəsində çalışıb.

İkinci Qarabağ müharibəsi başlayan zaman sentyabrın 29-da könüllü olaraq cəbhəyə, Ballıqaya ərazisinə yollanıb. E.Səmədov Tərtər-Ağdərə istiqamətində, Suqovuşanda vuruşub, oktyabrın 17-də Suqovuşanda piyada əleyhinə raketlə vurulub. Sol gözündən, qulaqlarından, sağ əlindən və sol ayağından yaralanıb.

E.Səmədov "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi