"Qarabag"ın "Fiorentina" ilə başabaş mübarizəsi - FOTOREPORTAJ

"Qarabag"ın "Fiorentina" ilə başabaş mübarizəsi - FOTOREPORTAJ "Qarabağ" qrup mərhələsində 7 xal toplayıb
Multimedia
9 Dekabr , 2016 01:24
Qarabagın Fiorentina ilə başabaş mübarizəsi - FOTOREPORTAJ

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində son oyununu Bakıda keçirib.

Azərbaycan klubu VI turda İtaliyanın "Fiorentina" klubuna məğlub olaraq Avropa Liqasında mübarizəni dayandırıb.

"Fiorentina" oyunun 60-cı dəqiqəsində hesabı açmağa müvəffəq olub. Veçino Matias topu tora qovuşdurub. "Qarabağ"ın cavab topunu isə 72-ci dəqiqədə Reynaldo vurub. Meydan sahiblərinin qol sevinci cəmi 3 dəqiqə çəkib. Federiko Kyesa matçın 76-cı dəqiqəsində fərqlənməklə komandasını hesabda önə çıxarıb. 

Bununla da Azərbaycan təmsilçisi Avropa Liqasında mübarizəni dayandırıb. Bu nəticə ilə "Fiorentina" (13 xal) birinci, Çexiya "Slovan"ı ilə oyunda qələbə qazanan Yunanıstan PAOK-u (10 xal) isə ikinci pillədə 1/16 final mərhələsinə vəsiqə qazanıb. "Qarabağ" qrup mərhələsində 7 xal toplayıb.

Son xəbərlər

Orphus sistemi