Yuxarı

"Qarabağ" Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksəlib - VİDEO - FOTOREPORTAJ

​"Qarabağ" Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksəlib

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İrlandiyanın "Dandolk" komandasını qəbul edib. "Dalğa Arena"da keçirilən qarşılaşma Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüş "Qarabağ"ın hücumları ilə başlayıb. 12-ci dəqiqədə Xayme Romero Ağdam təmsilçisini hesabda önə keçirib. 76-cı dəqiqədə isə digər legioner oyunçu Ailton Silva fərqlənib. 87-ci dəqiqə isə Xayme Romero özünün ikinci qoluna imza atıb.

İrlandiyadakı ilk matçda rəqibi ilə heç-heçə (1:1) edən "Qarabağ" Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksəlib. Komanda bu raundda Kiprin APOEL kollektivi ilə üz-üzə gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi