Prezident Administrasiyasının işçiləri Göyçay sakinləri ilə görüşüb - VİDEO

Prezident Administrasiyasının işçiləri Göyçay sakinləri ilə görüşüb - VİDEO Prezident Administrasiyasının məsul işçiləri Göyçay rayonunda vətəndaşlarla görüşüblər.
Multimedia
15 Mart , 2019 16:34
Prezident Administrasiyasının işçiləri Göyçay sakinləri ilə görüşüb - VİDEO

Prezident Administrasiyasının məsul işçiləri Göyçay rayonunda vətəndaşlarla görüşüblər.

"Report"un Şirvan bürosunun məlumatına görə, görüşdə ictimai siyasi, ərazi idarəetmə və hüquq sahəsi üzrə şöbələrdən gələn nümayəndələr vətəndaşların problemlərini dinləyib və qeyd olunan məsələlərin həlli üçün adiyyəti qurumlara tapşırıqlar veriblər.

Görüşə gələn sakinlər, əsasən, problemli kreditlər, iş problemləri, Qarabağ əlillərinin mənzillə təmin olunması və müalicəsi, kommunal və başqa problemlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Son xəbərlər

Orphus sistemi