Yuxarı

Prezident Administrasiyasının məsul işçiləri Mingəçevirdə 75 nəfərlə görüşüb - VİDEO

Prezident Administrasiyasının məsul işçiləri Mingəçevir şəhərində vətəndaşlarla görüşüblər.

"Report"un Qərb bürosunun məlumatına görə, görüşdə 75 nəfər iştirak edib. 

İctimai siyasi, ərazi idarəetmə və hüquq sahəsi üzrə şöbələrdən gələn nümayəndələr vətəndaşların problemlərini dinləyib və qeyd olunan məsələlərin həlli üçün adiyyəti qurumlara tapşırıqlar veriblər.

Görüşə gələn sakinlər, əsasən, problemli kreditlər, iş problemləri, Qarabağ əlillərinin  mənzillə təmin olunması və müalicəsi, komunal və başqa problemlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi