Yuxarı

Prezident Administrasiyasının məsul işçiləri Cəlilabad sakinlərinin problemlərini dinləyib - VİDEO

Prezident Administrasiyasının məsul işçiləri Cəlilabad rayonunda vətəndaşlarla görüşüblər.

"Report"un Muğan bürosunun məlumatına görə, görüşdə ictimai-siyasi, ərazi idarəetmə və hüquq sahəsi üzrə şöbələrdən gələn nümayəndələr vətəndaşların problemlərini dinləyib və qeyd olunan məsələlərin həlli üçün adiyyəti qurumlara tapşırıqlar veriblər.

Görüşə gələn sakinlər, əsasən, iş problemləri, torpaq məsələləri, ev və məktəb tikintisi, yol problemləri və başqa problemlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə dövlət başçısı İlham Əliyevə təşəkkürlərin bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi