Polad Həşimov parkında işlər yekunlaşır

Polad Həşimov parkında işlər yekunlaşır Parkda Polad Həşimovun abidəsi ucaldılacaq
Multimedia
17 May , 2021 14:51
Polad Həşimov parkında işlər yekunlaşır

Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adına salınan parkda işlər yekunlaşmaq üzrədir.

Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov "Report"a bildirib ki, parkda aparılan abadlıq işləri çərçivəsində yararsız oturacaq və söhbətgahlar sökülərərək ərazidən daşınıb: "Yeni suvarma xətlərinin və müasir işıqlandırma sistemlərinin quraşdırılması işlərinə başlanılıb, həmçinin ağaclar budanıb və səki daşları düzülüb”.

Qeyd edək ki, yenidənqurma işlərindən sonra parkda P.Həşimovun abidəsi ucaldılacaq. Həmçinin abidə kompleksinin üzərində digər şəhidlərimizin də adının əbədiləşdirilməsi nəzərdə tutulub.

“Report” videomaterialı təqdim edir:

Operator : Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi