Ömürləri yollarda kəsilənlər - qəzaların səbəbkarları kimlərdir? - VIDEO

Ömürləri yollarda kəsilənlər - qəzaların səbəbkarları kimlərdir? - VIDEO BNA sözçüsü baş verən qəzalarda piyadaları günahlandırıb
Multimedia
20 Aprel , 2021 17:59
Ömürləri yollarda kəsilənlər - qəzaların səbəbkarları kimlərdir? - VIDEO

Demək olar ki, hər gün ölüm və ya xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri barədə xəbərlər yayılır.

Kimisi diqqətsizliyin, kimisi isə məsuliyyətsizliyin qurbanı olur. Elə ötən gün Sabunçu dairəsi yaxınlığında baş verən dəhşətli hadisəni xatırlatmaq kifayətdir ki, aidiyyəti qurumlar bu istiqamətdə hərəkətə keçsin.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, Sabunçu dairəsi yaxınlığında piyada keçidinin olduğuna baxmayaraq, insanlar məsuliyyətsizlik edir və bir neçə metr məsafəni getməmək üçün qaydaları pozurlar. Ekspert hesab edir ki, qayda pozuntusunu daha çox valideynlər edirlər.

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə baş verən qəzalarda piyadaları günahlandırır. Onun sözlərinə görə, ötən gün ana və azyaşlı övladının öldüyü, daha bir nəfərin isə xəsarət aldığı ərazinin 800 metr – 1 km-liyində piyada keçidi mövcuddur.

“Report” mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Son xəbərlər

Orphus sistemi