Novruz yarmarkasında qiymətlər necədir? - REPORTAJ

Novruz yarmarkasında qiymətlər necədir? - REPORTAJ Koronavirus pandemiyası ilə bağlı ikiillik fasilədən sonra paytaxtda təşkil olunan yarmarkalar artıq bir müddətdir yenidən fəaliyyətə başlayıb. Bakı sakinləri və şəhərimizin qonaqları üçün quraşdırılmış evlərdə müxtəlif növ şirniyyat, sular və şirələr, mi
Multimedia
12 Mart , 2022 14:34
Novruz yarmarkasında qiymətlər necədir? - REPORTAJ

Koronavirus pandemiyasına görə 2 illik məcburi fasilədən sonra Bakıda satış yarmarkaları yenidən fəaliyyətə başlayıb. Bakının mərkəzində - “Fəvvarələr meydanı”nda paytaxt sakinləri və şəhərin qonaqları üçün quraşdırılan köşklərdə suvenirlər, hədiyyələr, müxtəlif növ şirniyyatlar, sular, şirələr, milli və xarici mətbəxə aid yeməklər satılır. Həmçinin şəkil çəkdirmək və əylənmək üçün yarmarkanın ərazisində hər yaşa uyğun oyun zonaları və özündə bayram ab-havasını əks etdirən müxtəlif konstruksiyalar quraşdırılıb.

“Report”un əməkdaşı Novruz bayramı yarmarkasına baş çəkib, qiymətlərlə maraqlanıb.

Məlum olub ki, burada satılan məhsullara tələbat kifayət qədər böyükdür. Alıcılar da yaradılan şərait və qiymətlərdən razılıqlarını bildiriblər.

Yarmarka iştirakçısı Nicat Abdullayev bildirib ki, fotosessiya üçün yazılı dekorlar təklif edirlər. Bunun qiyməti isə 2 manatdır. Onun sözlərinə görə, şəkil çəkdirənlər arasında gənclər üstünlük təşkil edir. O, burada kreativ fotoların alındığını bildirib.

Aynur Musayeva da yarmarkada çalışır. O deyib ki, burada stolüstü oyunlara maraq böyükdür: "İnsanlar oynayıb hədiyyə qazanırlar. Yaş kateqoriyası yoxdur. Qiymətlərə gəldikdə isə, atış sərbəstdir, bir nəfər üçün 3 manatdır".

Yarmarkadakı şirniyyat köşkündə də qiymətlər baha deyil. Burada müxtəlif növ şirniyyatları 2-4 manata almaq olar. Müştərilər də bundan razı olduqlarını söyləyiblər.

Səfiyyə Qaracıyeva isə bildirib ki, yarmarkada mart ayının 10-dan fəaliyyət göstərir. O, satışa çıxarılan bütün Novruz təamlarını özü hazırladığını bildirib: "Milli paxlavamızla yanaşı türk paxlavalarına da təlabat çoxdur. Qiymətlərə gəldikdə isə milli paxlavanın qiyməti 24 manat, türk paxlavası isə 40 manat təşkil edir”.

Yarmarkada Novruz bayramını təcəssüm etdirən müxtəlif atributlar da var. Atributlara gəldikdə isə şamlar 3, bəzədilmiş yumurtaların qiyməti isə 2-3 manat arasında dəyişir. Araşdırma zamanı məlum olub ki, Novruz aksesuarlarına marağı daha çox turistlər göstərir. Burada da qiymətlər qənaətbəxşdir. Burada “samovar içində samovar” kimi tanınan çay güşəsi də yarmarkanı ziyarət edənlərin diqqətini çəkir. Güşədə meyvə qurularının qiyməti 50 qəpik, təbii otlarla hazırlanmış samovar çayı isə 1 manat təşkil edir. Əlavə olaraq, çayın yanında xurma və şokolad da təqdim olunur. Həmçinin bayram yarmarkasında müxtəlif əl işləri də nümayiş olunur.

Operator: Vüqar Xanlarov

Montajçı: Səbuhi Məmmədov

Son xəbərlər

Orphus sistemi