Moskva. 12 sentyabr. REPORT.AZ/ Rusiyada müsəlmanlar Qurban bayramını qeyd edib.
"Report"un Moskva müxbirinin verdiyi xəbərə görə, bazar günü gecə saatlandan Moskvada yaşayan minlərlə müsəlman Rusiya paytaxtındakı Cümə məscidində toplaşaraq bayram namazı qılıblar.
Məscidə keçə bilməyənlər isə ibadətlərini məscidin ətrafında ediblər. Bir qədər sonra yaxınlıqdakı küçələrə xalçalar salaraq müsəlmanlar ibadətlərini davam etdirdilər.
Rusiya paytaxtının DİN idarəsinin verdiyi məlumata görə, sentyabrin 11-i və 12-si səhər saatlarında Moskva məscidlərini 1 milyonadək insan ziyarət edib.