Yuxarı

Milli Gimnastika Arenası Dünya Kubokuna hazırdır - FOTOREPORTAJ

Bakı. 15 fevral. REPORT.AZ/ Fevralın 16-da Azərbaycanda ilin ilk beynəlxalq idman yarışı - batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürəcək. 

“Report” xəbər verir ki, Milli Gimnastika Arenasında (MGA) təşkil olunacaq "AGF Trophy"də 30 ölkənin 160-dan çox gimnastı mübarizə aparacaq. 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunun açılış mərasimi fevralın 16-da, saat 10:00-a təyin edilib. İlk gündə təsnifat, ertəsi isə final yarışları olacaq. 

Yarış öncəsi müxtəlif ölkələrdən gəlmiş gimnastlar MGA-da məşqə çıxıblar. 

Qeyd edək ki, Dünya Kubokunda Azərbaycanı 5 idmançı təmsil edəcək. Batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov, eləcə də tamblinqdə Avropa çempionu Mixail Malkin mübarizə aparacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi