Metsamor: yoxsulluq və sağ qalmaq, həyat və ölüm arasında yaşayan şəhər - FOTOREPORTAJ

Metsamor: yoxsulluq və sağ qalmaq, həyat və ölüm arasında yaşayan şəhər - FOTOREPORTAJ "Washington Post" Ermənistandakı AES-də çalışanların və şəhər sakinlərinin gündəlik həyatı barədə bir sıra fotoşəkillər yayımlayıb
Multimedia
2 Noyabr , 2017 15:41
Metsamor: yoxsulluq və sağ qalmaq, həyat və ölüm arasında yaşayan şəhər - FOTOREPORTAJ
Foto: Stefano Morelli

Bakı. 2 noyabr. REPORT.AZ/ ABŞ-da işıq üzü görən "Washington Post" qəzetinin əməkdaşı Stefano Morelli Ermənistandakı atom elektrik stansiyasında (AES) çalışanların və şəhər sakinlərinin gündəlik həyatı barədə bir sıra fotoşəkillər yayımlayıb.

"Report" oxuculara müəllifin orada gördükləri barədə yazdığı materialı və fotoreportajı təqdim edir.

Fotoqraf Stefano Morelli şəhərə yanvar ayında səfər edib. O, orada Sovet dövründən qalmış köhnə binalarda, yoxsulluq və sağ qalmaq, həyat və ölüm arasında yaşayan 10 min adam (1000 nəfər hələ də zavodda çalışır) görüb.

Qəzetin materialında qeyd olunur ki, Yerevandan, təxminən, 30 km məsafədə yerləşən AES uzun müddət ən azı iki səbəbə görə ciddi narahatlıq yaradıb: stansiyadakı nüvə reaktorunun qoruyucu örtüyü yoxdur və stansiya seysmik zonada yerləşir. Həmçinin AES-in 1989-cu ildə Spitakda baş verən zəlzələdən sonra bağlanıldığı xatırladılıb.

"2011-ci ildə "National Geographic" jurnalı "Metsamor"u dünyanın ən təhlükəli atom elektrik stansiyası adlandırıb", - məqalədə deyilir.

Bütün risklərə baxmayaraq, AES hələ də işləyir, insanlar isə stansiya işçiləri üçün tikilmiş şəhərdə yaşamağa davam edir. Belə həyatın alternativi yoxdur, çünki AES ölkədə elektrik enerjisinin əhəmiyyətli payını istehsal edir.

Son xəbərlər

Orphus sistemi