Yuxarı

​Məcnun Hacıbəyov: "Mən adi aktyoram, öləndə nə olar?" - VİDEOREPORTAJ

Hər kəsə deyirdim ki, narahat olmayın mən yaxşıyam

Quba. 2 aprel. REPORT.AZ/ "Bu gün mənim ailə üzvlərim, sənət dostlarım, yaxınlarım və məni tanıyan hər kəs çox narahat olub. Mən adi aktyoram, öləndə nə olar?" Bunu "Report"un Şimal bürosunun müxbirinə əməkdar artist, aktyor Məcnun Hacıbəyov deyib.

Səhhətinin yaxşı olduğunu bildirən M.Hacıbəyov vurğulayıb ki, mətbuatda ölüm xəbərinin yayılmasını oğlundan eşidib: "Oğlum mənə zəng edib halımı soruşdu və bəzi saytlarda ölüm xəbərimin yayıldığını dedi. Sonra sənət dostlarım, yaxınlarım, jurnalistlərdən tez-tez zənglər gəldi və hər kəsə deyirdim ki, narahat olmayın mən yaxşıyam".

"Report" əməkdar artistlə bağlı hazırladığı videoreportajı təqdim edir.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi