Maydanın çadır şəhərciyinin son günləri - FOTOREPORTAJ

Maydanın çadır şəhərciyinin son günləri - FOTOREPORTAJ Bir neçə gün bundan əvvəl Maydandakı son çadırlar sökülüb
Multimedia
1 Mart , 2016 15:41
Maydanın çadır şəhərciyinin son günləri - FOTOREPORTAJ

Bakı. 1 mart. REPORT.AZ/ 2013-cü ilin noyabrında Ukraynada Nikolay Azarov hökumətinin Ukrayna və Avropa Birliyi arasında assosiasiya yaradılmasıyla bağlı razılaşmaya hazırlığı dayandırmasına cavab olaraq paytaxt Kiyevin mərkəzində uzunmüddətli kütləvi etiraz başlayıb. Ukraynanın digər şəhərlərində yaşayan əhalinin çıxışları da bu aksiyaya dəstək olub. Belə böyükmiqyaslı etirazların səbəbləri kimi sosial ədalətsizlik, Ukrayna əhalisinin həyat səviyyəsində və gəlirlərindəki böyük qütbləşmə və korrupsiyanın baş alıb getməsi göstərilir. 2014-cü il fevralın 21-də Avropa İttifaqı və Rusiya nümayəndələrinin vasitəçiliyi ilə prezident Viktor Yanukoviç və müxalifət nümayəndələri arasındakı danışıqlardan sonra Ukraynada siyasi böhranın nizamlanmasına dair saziş imzalanıb. Elə həmin gün Yanukoviç Ukrayna paytaxtını tərk edib. Fevralın 27-də Ali Rada Arseni Yatsenyuku Ukraynanın baş naziri əvəzi təyin edib, yeni hökumət qurulub. Ukraynanın yeni hökuməti Avropa İttifaqı və ABŞ tərəfindən qəbul edilib.

"Report" Cənnətə gedən qəhrəmanların günü - Ukraynada ləyaqət inqilabının (noyabr 2013 - fevral 2014) iştirakçılarının qəhrəmanlıqlarının qeyd olunması gününün keçirildiyi Maydandan hazırladığı fotoreportajı təqdim edir. 

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Maydandakı son çadırlar sökülüb.

Son xəbərlər

Orphus sistemi